​Maradona həyat yoldaşını 9 mln. ABŞ dolları oğurlamaqda günahlandırıb

​Maradona həyat yoldaşını 9 mln. ABŞ dolları oğurlamaqda günahlandırıb Klaudiya Villyafane keçmiş həyat yoldaşının ona qarşı irəli sürdüyü ittihamları rədd edir
Futbol
31 İyul , 2015 08:47
​Maradona həyat yoldaşını 9 mln. ABŞ dolları oğurlamaqda günahlandırıb

Bakı. 31 iyul. REPORT.AZ/ Əfsanəvi argentinalı futbolçu Dieqo Maradona keçmiş həyat yoldaşı Klaudiya Villyafaneni onun bank hesabından təxminən 9 mln.  ABŞ dolları məbləğində vəsaiti oğurlamaqda günahlandırıb. Bu barədə "Report" BBC-yə istinadən xəbər verir.

Televiziya efirində Maradona keçmiş həyat yoldaşını oğru adlandırıb. Klaudiya Villyafane isə keçmiş həyat yoldaşının ona qarşı irəli sürdüyü ittihamları rədd edir.

Futbolçunun keçmiş həyat yoldaşının sözlərinə görə, bu pullar reklamdan əldə edilib və Maradonaya məxsus deyil. Maradona və Villyafanenin iki qızı anasının tərəfini tutublar. Onlar "Twitter" səhifələrində Villyafaneyə dəstək verən yazılar yazıblar.

Ötən ilin payızında bəzi mətbu orqanlar məlumat vermişdi ki, Maradona yaxın ətrafının maliyyə fəaliyyətinin auditini sifariş edib.

Klaudiya Villyafane və Dieqo Maradona hələ 1976-ci ildə futbolçu dünya şöhrəti qazanmamışdan əvvəl tanış olublar. Onlar Buenos-Ayresin kasıb məhəllələrindən birində qonşuluqda yaşayırmışlar.

Son xəbərlər

Orphus sistemi