Yuxarı

​Maradona haqqında serial çəkiləcək

Həyatımda baş verənlər istənilən ssenaridən üstündür

Bakı. 15 iyul. REPORT.AZ/ Argentinanın əfsanəvi futbolçusu Dieqo Maradona haqqında serial çəkiləcək.

"Report" xəbər verir ki, bu haqda "France Presse" agentliyi məlumat yayıb.

"Hər ay həyatım haqda yüz seriallıq film çəkmək olar. Həyatımda baş verənlər istənilən ssenaridən üstündür. Çox şadam ki, "Telefe" şirkəti serial çəkəcək"- deyə o vurğulayıb.

Qeyd edək ki, Dieqo Maradona 1979-cu ildə futbol üzrə gənclər arasında dünya çempionu adının qazanıb. 1986-cı ildə onun komandası dünya birincisi, 1990-cı ildə dünya ikincisi olub. Maradona həm də DÇ-1986-nın "Ən yaxşı futbolçusu" adına layiq görülüb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi