Maradona fikrini dəyişərək, BƏƏ klubu ilə müqaviləsini uzadıb

Maradona fikrini dəyişərək, BƏƏ klubu ilə müqaviləsini uzadıb 57 yaşlı mütəxəssis postunda qalıb
Futbol
1 May , 2018 09:31
Maradona fikrini dəyişərək, BƏƏ klubu ilə müqaviləsini uzadıb

Bakı. 1 may. REPORT.AZ/ Dieqo Maradona Birləşmiş Ərəb Əmirliklərinin I Divizionunda çıxış edən “Əl-Fucayra” komandasının baş məşqçi postundan işini davam etdirəcək.

“Report” klubun rəsmi “Twitter” səhifəsinə istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssislə bir illik müqavilə bağlanılıb.

Aprelin 28-də Maradonanın komandanı yüksək liqaya çıxara bilmədiyi üçün istefa verdiyi bildirilirdi. Lakin o, postunda qalaraq, sözləşməsinin müddətini uzadıb. 

"Əl-Fucayra" "Hatta" komandası ilə yüksək diviziona vəsiqə uğrunda mayın 9-da və 13-də "pley-off" oyunları keçirəcək. 

Qeyd edək ki, Dieqo Maradona ötən ilin mayından “Əl-Fucayra”ya rəhbərlik edir. O, 2008 – 2010-cu illərdə Argentina millisinin baş məşqçisi olub.

Son xəbərlər

Orphus sistemi