"Mançester Yunayted"in stadionunda yanğın baş verib

"Mançester Yunayted"in stadionunda yanğın baş verib Yanğın arenanın cənub hissəsində olub
Futbol
30 Yanvar , 2017 13:50
Mançester Yunaytedin stadionunda yanğın baş verib

Bakı. 30 yanvar. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" futbol komandasının ev oyunlarını keçirdiyi "Old Trafford" stadionunda yanğın baş verib. "Report"un məlumatına görə, bu gün səhər saatlarında qeydə alınan hadisənin səbəbi məlum deyil.

Yanğın arenanın cənub hissəsini əhatə edib. Hadisə yerinə yanğınsöndürənlər çağırılıb və yanğının böyüməsinin qarşısı alınıb.

Qeyd edək ki, "Old Trafford" stadionu 1909-cu ildə tikilib. Həmin vaxt stadionun inşası 90 min avroya başa gəlib.

Son xəbərlər

Orphus sistemi