“Mançester Yunayted” Zlatan İbrahimoviçlə yollarını ayırıb

“Mançester Yunayted” Zlatan İbrahimoviçlə yollarını ayırıb Bakı. 22 mart. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” futbol klubu isveçli forvard Zlatan İbrahimoviçlə yollarını ayırıb.
Futbol
22 Mart , 2018 22:11
“Mançester Yunayted” Zlatan İbrahimoviçlə yollarını ayırıb

Bakı. 22 mart. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” futbol klubu isveçli forvard Zlatan İbrahimoviçlə yollarını ayırıb.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi internet səhifəsi məlumat yayıb.

“Komandada hər kəs Zlatana onun əməyinə görə minnətdarlığını bildirir və gələcək karyerasında uğurlar arzulayır”, - məlumatda qeyd olunub.

İbrahimoviç 2016-cı ilin yayında Fransanın PSJ klubundan “Mançester Yunayted”ə azad agent qismində keçib. Bu mövsüm 36 yaşlı hücumçu İngiltərə Premyer Liqasının yalnız 5 oyununda meydana çıxıb. İbrahimoviçin klubla müqaviləsi gələn yay başa çatacaqdı.

Daha öncə isveçli futbolçunun karyerasını Amerikanın "Los Angeles Galaxy" klubunda davam etdirəcəyi barədə məlumat yaymışdılar.

Son xəbərlər

Orphus sistemi