"Mançester Yunayted" və "Arsenal" "Borussiya"nın hücumçusu ilə maraqlanır

"Mançester Yunayted" və "Arsenal" "Borussiya"nın hücumçusu ilə maraqlanır 28 yaşlı Marko Roys 2012-ci ildən alman klubunun şərəfini qoruyur
Futbol
24 Oktyabr , 2017 03:53
Mançester Yunayted və Arsenal Borussiyanın hücumçusu ilə maraqlanır

Bakı. 24 oktyabr. REPORT.AZ/ İngiltərə Premyer Liqasının iki nəhəng klubu - "Mançester Yunayted" və "Arsenal" Dortmundun "Borussiya" komandasının hücumçusu Marko Roysa maraq göstərir.

“Report” xəbər verir ki, "Sport Bild" nəşrinin məlumtına görə, hər iki ingilis klubu Roysun bərpa prosesini diqqətdə saxlayır və 28 yaşlı futbolçunu öz heyətinə qatmaq niyyətindədir.

28 yaşlı Roys Dortmund klubunun şərəfini 2012-ci ildən qoruyur. Onun hesabında 189 oyuna 89 qol var.

Roys bundan əvvəl 2019-cu ildə klubu tərk edə biləcəyini bildirib.

Son xəbərlər

Orphus sistemi