“Mançester Yunayted” baş məşqçisi ilə bağlı qərar verib - RƏSMİ

“Mançester Yunayted” baş məşqçisi ilə bağlı qərar verib - RƏSMİ İngiltərənin “Mançester Yunayted” klubu komandanın baş məşqçi əvəzi Ule-Qunnar Sulşerlə bağlı qərar verib.
Futbol
28 Mart , 2019 13:17
“Mançester Yunayted” baş məşqçisi ilə bağlı qərar verib - RƏSMİ

İngiltərənin “Mançester Yunayted” klubu komandanın baş məşqçi əvəzi Ule-Qunnar Sulşerlə bağlı qərar verib.

“Report”un Mançester təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis komandanın baş məşqçisi təyin olunub. Norveçli mütəxəssislə 3 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Sulşer ötən ilin dekabrında Joze Mourinyonun istefaya göndərilməsindən sonra baş məşqçi səlahiyyətlərini icra edirdi. Komanda onun rəhbərliyi altında Premyer Liqada keçirdiyi 13 oyundan 10-da qalib gəlib, 1 matçda uduzub. “Qırmızı şeytanlar” Çempionlar Liqasının 1/8 final mərhələsində Fransa PSJ-sini mübarizədən kənarlaşdırıb.

Son xəbərlər

Orphus sistemi