Yuxarı

"Mançester Yunayted"in transferlərə xərcləyəcəyi məbləğ müəyyənləşib

"Mançester Yunayted" 50 milyon funt sterlinq xərcləyəcək

Bakı. 20 dekabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubu yeni baş məşqçisi Ule Qunnar Sulşerin rəhbərliyi altında transferlərə 50 milyon funt sterlinq xərcləyəcək.

"Report" "Mirror"a istinadən xəbər verir ki, klub rəhbərliyi qış transfer pəncərəsində müdafiə və yarımmüdafiənin sağ cinahını gücləndirmək niyyətindədir. 

İngiltərə nəhəngi "Tottehhem"dən Tobi Alderveyreld, İtaliya "Napoli"sindən Kalidi Klubali və Portuqaliya "Portu"sundan Eder Militao kimi müdafiəçilərlə yanaşı, İtaliya "Yuventus"undan cinah oyunçusu Duqlas Kosta ilə yaxından maraqlanır.

Qeyd edək ki, "Mançester Yunayted" Ule Qunnar Sulşer ilə mövsümün sonuna kimi müqavilə imzalayıb. O, bu postda Joze Mourinyonu əvəzləyib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi