"Mançester Yunayted" transferlər üçün kredit götürdü

"Mançester Yunayted" transferlər üçün kredit götürdü İngiltərənin Mançester Yunayted klubu bankdan 140 milyon funt sterlinq məbləğində kredit götürüb.
Futbol
28 May , 2020 11:11
Mançester Yunayted transferlər üçün kredit götürdü

İngiltərənin "Mançester Yunayted" klubu bankdan 140 milyon funt sterlinq məbləğində kredit götürüb. 

"Report" "Evening News"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" artıq vəsaiti alıb və məbləğdən yay transfer dönəmində istifadə edəcək. Klub heyətinə ən azı 3 yeni futbolçu qatacaq. 

Qeyd edək ki, daha öncə "Mançester Yunayted"in ümumi borcunun 429 milyon funt sterlinqdən çox olduğu yazılıb. 

Koronavirus pandemiyası səbəbindən martda dayandırılan İngiltərə Premyer Liqasının oyunları gələn ay bərpa oluna bilər.

Son xəbərlər

Orphus sistemi