Yuxarı

​"Mançester Yunayted" rəhbərliyi baş məşqçiyə istefaya getməyi təklif edib

Mankunyanlar 23 turdan sonra Premyer Liqanın 5-ci pilləsində qərarlaşıblar

Bakı. 26 yanvar. REPORT.AZ/ İngiltərə Premyer Liqasının 23-cü turu çərçivəsində evdə "Sautqempton"a 0:1 hesablı məğlubiyyətdən sonra "Mançester Yunayted" rəhbərliyi holland baş məşqçi Lui van Qala istefaya getməyi təklif edib.

"Report" "The Guardian"a istinadən xəbər verir ki, klubun vitse-prezidenti Ed Vudvord holland mütəxəssislə görüşərək onun gələcək taleyini müzakirə edib.

"MY" rəhbərliyi Van Qala qərar barədə düşünmək, həmçinin vəziyyəti ailəsi ilə müzakirə etmək üçün vaxt verib.

Bundan əvvəl "Çelsi"nin sabiq baş məşqçisi Joze Maurinyonun holland mütəxəssisi əvəzləyə biləcəyi xəbər verilmişdi.

"Mankunyanlar" 23 turdan sonra Premyer Liqanın 5-ci pilləsində qərarlaşıblar və lider "Lester Siti"dən 10 xal geri qalırlar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi