"Mançester Yunayted" Qaret Beyl üçün 100 milyon avro ödəməyə hazırdır

"Mançester Yunayted" Qaret Beyl üçün 100 milyon avro ödəməyə hazırdır Uelsli futbolçu Rafael Benitesin "Real Madrid"dən istefasını narazılıqla qarşılayıb
Futbol
6 Yanvar , 2016 12:06
Mançester Yunayted Qaret Beyl üçün 100 milyon avro ödəməyə hazırdır

Bakı. 6 yanvar. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubu İspaniya "Real Madrid"inin futbolçusu Qaret Beyllə maraqlanır. "Report"un "Daily Mail"ə istinadən verdiyi məlumata görə, "qırmızı şeytanlar" uelsli yarımmüdafiəçini qış transferi dövründə heyətinə cəlb etməkdən ötrü 100 milyon avro ödəməyə hazırdırlar. 

Mankunianları 26 yaşlı oyunçunun "kral klubu"nu tərk edərək, Premyer Liqaya qayıtmaq istəyinə dair xəbərlər hərəkətə gətirib. Beyl Madrid komandasının əvvəlki baş məşqçisi Rafael Beniteslə yaxşı münasibətdə olub. Bu postun yeni sahibi Zinəddin Zidan isə futbolçunun Benitesin istefasından narazı olduğunu etiraf edib. O, Beylin özünü rahat hiss etməsi üçün əlindən gələni edəcəyini bildirib. 

İngiltərə klublarından yalnız "Mançester Yunayted" və "Çelsi" uelsli oyunçuya həftəlik 400 min avro əmək haqqı ödəməyə hazırdır. Futbolçunun özü isə Mançester nəhənginə keçməyə meyllidir. Onun uşaqlıq kumiri hazırda komandada köməkçi-məşqçi vəzifəsində çalışan Rayan Giqqzdir. Mankunianlar Giqqzin Beyli dilə tutaraq, "Old Trafford"a gəlməyə razı sala biləcəyini düşünürlər. 

Qeyd edək ki, bu mövsüm Qaret Beyl İspaniya çempionatında 13 oyuna 9 qol və 7 məhsuldar ötürmə müəllifi olub.

Son xəbərlər

Orphus sistemi