Yuxarı
    Bağlamaq

    "Mançester Yunayted" ötən il satılan futbol köynəklərinin sayına görə birinci yeri tutub

    İngilis klubu ötən il 2 milyon 850 min futbol köynəyi satıb

    Bakı. 9 fevral. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubu 2016-cı ildə satılan futbol köynəklərinin sayına görə birinci yeri tutub.

    "Report" xəbər verir ki, bu barədə "The Sun" nəşri yazıb.

    İngilis klubu ötən il 2 milyon 850 min futbol köynəyi satıb. Siyahıda ikinci və üçüncü yerləri İspaniyanın "Real" və (2 mln. 290) "Barselona" klubları (1 mln. 980) tutub.

    "Mançester Yunayted" birinci yeri fransalı Pol Poqba və isveçli Zlatan İbrahimoviçin komandaya keçidi sayəsində tuta bilib. Onların adları yazılan futbol köynəkləri satış sayına görə müvafiq olaraq üçüncü və dördüncü pillədədir. Bu göstərici üzrə lider isə "Barselona"nın hücumçusu Lionel Messidir. İkinci yer portuqaliyalı forvard Kriştiano Ronalduya ("Real") aiddir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi