“Mançester Yunayted” fransalı futbolçu ilə 5 illik müqavilə bağlayacaq

“Mançester Yunayted” fransalı futbolçu ilə 5 illik müqavilə bağlayacaq Bakı. 19 yanvar. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Antoni Marsyalla yeni müqavilə bağlayacaq.
Futbol
19 Yanvar , 2019 10:25
“Mançester Yunayted” fransalı futbolçu ilə 5 illik müqavilə bağlayacaq

Bakı. 19 yanvar. REPORT.AZ/ İngiltərənin “Mançester Yunayted” klubu futbolçusu Antoni Marsyalla yeni müqavilə bağlayacaq.

“Report” “Sky Sports”da istinadən xəbər verir ki, tərəflər 5 il sözləşmənin imzalanması üçün razılıq əldə ediblər. 23 yaşlı fransalı hücumçunun hazırkı sövdələşməsi 30 iyun 2020-ci ilə qədərdir.

Qeyd edək ki, Marsyal 2015-ci ilin yayında 36 milyon funt sterlinq qarşılığında Fransa “Monako”sundan “Mançester Yunayted”də keçib. O, cari mövsümdə keçirdiyi 23 oyunda 9 qol vurub və 1 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi