Yuxarı
    Bağlamaq

    “Mançester Yunayted” klubunun sabiq futbolçusu keşiş olub

    Filip Malrayn özünü dinə həsr etməyə qərar verib

    Bakı. 10 iyul. REPORT.AZ/ Şimali İrlandiya yığmasının və İngiltərənin “Mançester Yunayted” klubunun sabiq futbolçusu Filip Malrayn keşiş olub.

    “Report”un “The Sun”a istinadən verdiyi məlumata görə, 39 yaşlı mərkəz müdafiəçisi 2008-ci ildə karyerasını başa vurduqdan sonra dinə maraq göstərməyə başlayıb. Nəticədə bir neçə gün öncə keşiş olmağa qərar verib.

    Qeyd edək ki, Filip Malrayn “Mançester Yunayted”in yetirməsidir. O, İngiltərə klubunun akademiyasında Devid Bekhem, Niki Batt, Harri və Fil Nevill qardaşları ilə birgə məşq edib. Lakin şimali irlandiyalı futbolçu 1996 – 1999-cu illər aralığında Mançester təmsilçisinin əsas komandasında cəmi bir oyunda iştirak edib. Veteran müdafiəçi daha sonra “Norviç”, “Kardiff Siti” və “Leyton Orient” kimi kollektivlərin şərəfini qoruyub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi