Yuxarı

​"Mançester Yunayted" klubun baş məşqçisinin istefasını təsdiqləyib

Lui van Qal postunu tərk edib

Bakı. 24 may. REPORT.AZ/ Holland mütəxəssis Lui van Qal İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi postunu tərk edib.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat dərc olunub.

"Mançester Yunayted"in vitse prezidenti Ed Vudvord 64 yaşlı məşqçiyə komandada keçirdiyi illərə görə minnətdarlığını bildirib və Van Qalın klubun sükanı arxasında yüksək peşəkarlığını qeyd edib.

Van Qal "Mançester Yunayted"ə 2014-cü ildə baş məşqçi gətirilib. O bu postda Devid Moyesin istefasından sonra klubda baş məşqçi vəzifəsini müvəqqəti icra edən Rayan Giqqzi əvəz edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi