Yuxarı

"Mançester Yunayted" klubu Radamel Falkaodan imtina edib

Bu barədə komandanın baş məşqçisi açıqlama verib

Bakı. 25 may. REPORT.AZ/ Kolumbiya milli komandasının futbolçusu Radamel Falkao mövsümün sonunda İngiltərənin "Mançester Yunayted" klubunu tərk edərək, "Monako"ya qayıdacaq. "Report"un məlumatına görə, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Lui van Qal açıqlama verib.

"Falkao ən yüksək səviyyəli peşəkar və yaxşı insandır. Şəxsən özüm və klubun adından ona gələcəkdə uğurlar arzulayıram" deyə hollandiyalı mütəxəssis bildirib.

Qeyd edək ki, "Mançester Yunayted" Radamel Falkaonu ötən yay icarəyə götürüb. Bu mövsüm kolumbiyalı hücumçu 26 oyunda 4 qol vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi