Yuxarı

"Mançester Yunayted"in sabiq baş məşqçisi "Real Sosyedad"la müqavilə bağlayıb

İspaniya klubu Devid Moyeslə razılıq əldə edib

Bakı. 11 noyabr. REPORT.AZ/ İngiltərənin "Everton" və "Mançester Yunayted" futbol klublarının sabiq baş məşqçisi Devid Moyes İspaniyanın "Real Sosyedad" komandasının sükanı arxasına keçib. "Report"un məlumatına görə, şotlandiyalı mütəxəssislə 2 illik müqavilə bağlanılıb. 

Daha öncə "Real Sosyedad"ın Moyesdən yüksək maliyyə tələbləri ilə əlaqədar imtina etdiyi bildirilirdi.

Qeyd edək ki, İspaniya çempionatında 11 turdan sonra bask klubu 9 xalla 15-ci yeri tutur. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi