"Mançester Yunayted"in yayda transfer etmək istədiyi futbolçular müəyyənləşib

"Mançester Yunayted"in yayda transfer etmək istədiyi futbolçular müəyyənləşib Bakı. 28 fevral. REPORT.AZ/ İngiltərənin Mançester Yunayted klubunun yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçular müəyyənləşib.
Futbol
28 Fevral , 2019 18:18
Mançester Yunaytedin yayda transfer etmək istədiyi futbolçular müəyyənləşib

Bakı. 28 fevral. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubunun yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçular müəyyənləşib.

"Report" "Talksport"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" İtaliya "Napoli"sinin müdafiəçisi Kalidu Kulibali, İspaniya "Barselona"sının yarımmüdafiəçisi İvan Rakitiç və İngiltərənin "Kristal Pelas" klubunun müdafiəçisi Aron Van-Bissakı komandaya cəlb etməyə çox yaxındır. 

Qeyd edək ki, Kulibalı cari mövsümdə 33 oyuna 2 məhsuldar ötürmə edib. Rakitiç 38 oyuna 4 qol, 4 məhsuldar ötürmə, Van Bissaka isə 28 oyuna 1 məhsuldar ötürmə ilə yadda qalıb. 

Son xəbərlər

Orphus sistemi