"Mançester Yunayted"in sabiq baş məşqçisi yeni komandaya təyinat alıb

"Mançester Yunayted"in sabiq baş məşqçisi yeni komandaya təyinat alıb Devid Moyes Sem Ellerdaysı əvəzləyib
Futbol
23 İyul , 2016 14:01
Mançester Yunaytedin sabiq baş məşqçisi yeni komandaya təyinat alıb

Bakı. 23 iyul. REPORT.AZ/ İngiltərənin "Sanderlend" futbol komandasına yeni baş məşqçi təyin olunub. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, bu, əvvəllər "Mançester Yunayted"ə rəhbərlik etmiş Devid Moyesdir.

53 yaşlı mütəxəssislə 4 illik müqavilə bağlanılıb. O, İngiltərə millisinə baş məşqçi təyin olunmuş Sem Ellardaysı əvəzləyib. "Sanderlend" ötən mövsüm Premyer Liqada 17-ci yeri tutub.

Qeyd edək ki, Devid Moyes 2002 - 2013-cü illərdə "Everton"a, 2013-2014 mövsümündə "Mançester Yunayted"ə, 2014-2015-ci illərdə İspaniya "Real Sosyedad"ına rəhbərlik edib.

Son xəbərlər

Orphus sistemi