Yuxarı
    Bağlamaq

    "Mançester Yunayted"in oyununda terror təhlükəsinə görə təxliyyə olunanlar arasında azərbaycanlı azarkeşlər də olub

    Həmin fanatlardan biri açıqlama verib

    Bakı. 16 may. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVIII turun təxirə salınmış "Mançester Yunayted" - "Bornmut" matçı zamanı tribunadan təxliyyə olunanlar arasında azərbaycanlı azarkeşlər də olub. "Report"un məlumatına görə, bu barədə həmin fanatlardan biri BBC-yə açıqlamasında bildirib.

    "Biz Azərbaycandan gəlmişik. 8 saatlıq uçuşdan sonra Mançesterə çatmışıq. Ümid edirik ki, oyun yenidən təxirə salınmayacaq" - deyə adı açıqlanmayan azarkeş vurğulayıb.

    Qeyd edək ki, mayın 15-də keçirilməli olan oyun "Old Trafford" stadionunda şübhəli zərf tapılması səbəbindən təxirə salınıb. Dərhal tribunalardan ikisi boşaldılıb. Oyun isə 17 may Bakı vaxtı ilə saat 23:00-a təxirə salınıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi