"Mançester Yunayted"in oyununda terror təhlükəsinə görə təxliyyə olunanlar arasında azərbaycanlı azarkeşlər də olub

"Mançester Yunayted"in oyununda terror təhlükəsinə görə təxliyyə olunanlar arasında azərbaycanlı azarkeşlər də olub Həmin fanatlardan biri açıqlama verib
Futbol
16 May , 2016 09:57
Mançester Yunaytedin oyununda terror təhlükəsinə görə təxliyyə olunanlar arasında azərbaycanlı azarkeşlər də olub

Bakı. 16 may. REPORT.AZ/ Futbol üzrə İngiltərə Premyer Liqasında XXXVIII turun təxirə salınmış "Mançester Yunayted" - "Bornmut" matçı zamanı tribunadan təxliyyə olunanlar arasında azərbaycanlı azarkeşlər də olub. "Report"un məlumatına görə, bu barədə həmin fanatlardan biri BBC-yə açıqlamasında bildirib.

"Biz Azərbaycandan gəlmişik. 8 saatlıq uçuşdan sonra Mançesterə çatmışıq. Ümid edirik ki, oyun yenidən təxirə salınmayacaq" - deyə adı açıqlanmayan azarkeş vurğulayıb.

Qeyd edək ki, mayın 15-də keçirilməli olan oyun "Old Trafford" stadionunda şübhəli zərf tapılması səbəbindən təxirə salınıb. Dərhal tribunalardan ikisi boşaldılıb. Oyun isə 17 may Bakı vaxtı ilə saat 23:00-a təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi