Yuxarı

“Mançester Yunayted”in borcu 450 milyon avroya yüksəlib

“Mançester Yunayted”in borcu 450 milyon avroya yüksəlib

İngiltərənin “Mançester Yunayted” klubu maliyyə problemi ilə üzləşib.

“Report” “Sky Sports”a istinadən xəbər verir ki, “qırmızı şeytanlar”ın borcu ötən mövsümlə müqayisədə 163 milyon avro artıb. Beləliklə, klubun borcu 450 milyon avroya yüksəlib.

Əsas səbəb kimi komandanın UEFA Çempionlar Liqasından kənarda qalması göstərilir.

Klubun 2020-ci il üçün gəlirinin 734 milyon avrodan 650680 milyon avroya düşəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, “Mançester Yunayted” Premyer Liqada geridə qalan 12 turdan sonra 16 xalla 7-ci pillədə qərarlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi