Yuxarı
    Bağlamaq

    "Mançester Yunayted"in baş məşqçisi etdiyi hərəkətə görə üzr istəyib - VİDEO

    Lui van Qal: Həmin vaxt əsəbi idim

    Bakı. 29 fevral. REPORT.AZ/ "Mançester Yunayted" komandasının baş məşqçisi Lui van Qal "Arsenal"la İngitərə Premyer Liqası matçında dördüncü hakimə yaxınlaşaraq, yerə yıxıldığı epizodu şərh edib. "Report"un məlumatına görə, hollandiyalı mütəxəssis həmin vaxt əsəbi olduğunu bildirib. 

    Van Qal bu addımın baş hakim, laynsman və dördüncü hakimin nüfuzuna xələl gətirdiyini söyləyib: "Bu səbəbdən, üzr istədim və onlar da üzrxahlığımı qəbul etdilər". 

    Qeyd edək ki, Lui van Qal "Arsenal" futbolçusunun simulyasiyaya yol verdiyi göstərmək üçün dördüncü hakimin qarşısında yerə yıxılıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi