Yuxarı

​"Mançester Yunayted" İngiltərə Superkubokunun qalibi olub - VİDEO

Qırmızı şeytanlar ölkə çempionu Lesteri məğlub ediblər

Bakı. 7 avqust. REPORT.AZ/ "Mançester Yunayted" klubunun futbolçuları İngiltərə Superkubokunun qalibi olublar.

"Report" xəbər verir ki, "qırmızı şeytanlar" bu titul uğrunda mübarizədə futbol üzrə hazırkı İngiltərə çempionu "Lester"i məğlub ediblər.

Görüş 2:1 hesabı ilə "MY"nin xeyrinə başa çatıb.

Qalib komandanın heyətində Cessi Linqard və Zlatan İbrahimoviç fərqlənib. Rəqib komandanın qolunu da "MY"nin yarımmüdafiəçisi Cessi Linqard vurub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi