Bakı. 11 yanvar. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə Liqa Kubokunun ilk yarımfinal matçında "Hall Siti"ni məğlub edib.
"Report" xəbər verir ki, Mançesterdə keçirilən görüş 2:0 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.
Oyunda qolları Xuan Mata (56-cı dəqiqə) və Maruan Fellaini (87) vurub. Cavab görüşü yanvarın 26-da "Hall"ın meydanında baş tutacaq.