"Mançester Yunayted" hücumçusunu cəzalandırıb

"Mançester Yunayted" hücumçusunu cəzalandırıb Bakı. 1 avqust. REPORT.AZ/ İngiltərənin Mançester Yunayted klubu futbolçusu Antoni Marsyalı 200 min avro məbləğində cərimələyib.
Futbol
1 Avqust , 2018 15:40
Mançester Yunayted hücumçusunu cəzalandırıb
0 : 00
0 : 00

Bakı. 1 avqust. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Antoni Marsyalı 200 min avro məbləğində cərimələyib.

"Report" “The Sun”a istinadən xəbər verir ki, buna səbəb 23 yaşlı hücumçunun 8 gün ərzində icazəsiz komandanın düşərgəsində yer almamasıdır.

Fransalı forvard ötən həftə oğlu dünyaya gəldiyi üçün Parisə gedib.

Qeyd edək ki, Marsyal 2015-ci ildən "Mançester Yunayted"də çıxış edir. Baş məşqçi Joze Mourinyo ilə münasibəti yaxşı olmayan hücumçunun komandadan ayrılacağı gözlənilir. 

Son xəbərlər

Orphus sistemi