"Mançester Yunayted" futbol klubu Aleksis Sançesi öz sıralarına qatıb

"Mançester Yunayted" futbol klubu Aleksis Sançesi öz sıralarına qatıb “Ümid edirəm ki, bütün dünyada olan kluun fanatlarına göstərə biləcəm niyə məni bura gətirmək istəyiblər"
Futbol
22 Yanvar , 2018 22:56
Mançester Yunayted futbol klubu Aleksis Sançesi öz sıralarına qatıb

Bakı. 22 yanvar. REPORT.AZ/ "Mançester Yunayted" futbol klubu çilili hücumçu Aleksis Sançesi öz sıralarına qatdığını elan edib.

"Report" "Qazeta.ru"-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi saytında məlumat yayılıb.

A.Sançes vaxtı ilə Corc Best, Erik Kantona, Devid Bekhem və Kriştianu Ronaldunun geydiyi yeddi nömrəli köynəklə çıxış edəcək.

"Mən çox şadam ki, dünyanın ən böyük klubunun sıralarına qatıldım. Mən "Arsenal"da 3,5 il gözəl vaxt keçirdim və bura həmin dahi klub, azarkeşləri barədə müsbət xatirələrimi gətirmişəm", - deyə o bildirib.

"Old Trafforr"da çıxış etmək və Joze Mourinyonun başçılığı altında oynamaqdan imtina edə bilmədiyini deyən futbolçunun sözlərinə görə, o, "Mançester Yunayted"in əsas heyətində ölkəsini təmsil etməkdən fəxr duyur.

"Ümid edirəm ki, klubun fanatlarına məni niyə bura gətirmək istədiklərini göstərə biləcəm", - deyə çilili hücumçu bildirib.

Son xəbərlər

Orphus sistemi