Yuxarı

"Mançester Yunayted" Eden Azara görə "Çelsi"yə 120 mln. dollar təklif etməyə hazırdır

"Mançester Yunayted" Eden Azara görə "Çelsi"yə 120 mln. dollar təklif etməyə hazırdır

26 yaşlı belçikalı Çelsinin yeni müqavilə ilə bağlı təklifindən imtina edib

Bakı. 20 dekabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubu "Çelsi"nin belçikalı yarımmüdafiəçisi Eden Azara görə 90 milyon avro (təqribən 120 mln. dollar) ödəməyə hazırdır.

“Report” xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb.

Bildirilir ki, əgər sövdələşmə baş tutarsa, bu, İngiltərə Premyer Liqası daxilində transfer rekordu olacaq.

Azar "Çelsi"nin yeni müqavilə ilə bağlı təklifindən artıq imtina edib. Futbolçu London klubunda həftəsinə 400 min dollar alır və karyerasını davam etdirmək üçün mümkün olan bütün variantları nəzərdən keçirir.

Azar cari mövsümdə "Çelsi"nin heyətində müxtəlif turnirlərdə keçirdiyi oyunlarda 8 qol vurub və 4 məhsuldar ötürmə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi