​"Mançester Yunayted" dünya futbolunun tarixinə düşüb

​"Mançester Yunayted" dünya futbolunun tarixinə düşüb 19 yaşlı futbolçu üçün 49 milyon avro ödənilib
Futbol
2 Sentyabr , 2015 12:19
​Mançester Yunayted dünya futbolunun tarixinə düşüb

Bakı. 2 sentyabr. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubu dünya futbolunun tarixinə düşüb. "Report"un məlumatına görə, Mançester təmsilçisi buna 19 yaşlı futbolçuya yüksək transfer məbləği ödəməklə nail olub.

Lui Van Qaalın komandası "Monako"da çıxış edən Antoni Martialın keçidi üçün 49 milyon avro ödəyib. Bu isə bu yaşda olan bir futbolçuya ödənilən ən böyük transfer məbləğidir.

Artıq tərəflər münasibətlərini rəsmiləşdirib. Gənc futbolçu hücum xəttinin hər iki cinahında oynamaq üstünlüyünə sahibdir.

Qeyd edək ki, Antoni Martial 2 il əvvəl 3,7 milyon avro müqabilində "Lion"dan "Monako"ya transfer edilib.

Son xəbərlər

Orphus sistemi