"Mançester Yunayted" "Çelsi"ni Kubokdan kənarlaşdırıb - VİDEO

"Mançester Yunayted" "Çelsi"ni Kubokdan kənarlaşdırıb - VİDEO Bakı. 19 fevral. REPORT.AZ/ Futbol üzrə İngiltərə Kubokunun 1/8 final mərhələsində Çelsi və Mançester Yunayted komandaları üz-üzə gəlib.
Futbol
19 Fevral , 2019 02:39
Mançester Yunayted Çelsini Kubokdan kənarlaşdırıb - VİDEO

Bakı. 19 fevral. REPORT.AZ/ Futbol üzrə İngiltərə Kubokunun 1/8 final mərhələsində "Çelsi" və "Mançester Yunayted" komandaları üz-üzə gəlib.

"Report"un məlumatına görə, Londondakı "Stemford Bric" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0.

Qolları 31-ci dəqiqədə Anre Errera və 45-ci dəqiqədə Pol Poqba vurub.

Bununla da "Mançester Yunayted" 1/4 finala yüksəlib. "Qırmızı şeytanlar" "zadəganlar"a 25 fevral 2018-ci ildən sonra ilk dəfə qalib gəliblər. İngiltərə Kubokunda isə mançesterlilər London komandasını 1999-cu ildən sonra ilk dəfə yeniblər.

Son xəbərlər

Orphus sistemi