Bakı. 5 may. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" klubu Avropa Liqasının ilk yarımfinal matçında səfərdə İspaniya "Selta"sını məğlub edib.
"Report" xəbər verir ki, görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Oyunda yeganə qolu cərimə zərbəsindən dəqiq zərbə ilə Markus Reşford vurub.
Ötən gün isə digər yarımfinal oyununda "Ayaks" (Hollandiya) "Lion"u (Fransa) 4:1 hesabı ilə darmadağın etmişdi.