​"Mançester Yunayted" "Aston Villa" üzərində qələbə qazanıb - VİDEO

​"Mançester Yunayted" "Aston Villa" üzərində qələbə qazanıb - VİDEO Matç Birmingemdə baş tutub
Futbol
15 Avqust , 2015 02:29
​Mançester Yunayted Aston Villa üzərində qələbə qazanıb - VİDEO

Bakı. 15 Avqust. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə çempionatının 2-ci turu çərçivəsində "Aston Villa" üzərində qələbə qazanıb.

"Report" xəbər verir ki, Birmingemdə baş tutan qarşılaşma "qırmızı şeytanlar"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolu 29-cu dəqiqədə Adnan Yanuzay vurub.

Beləliklə, Lui van Qalın komandası ardarda ikinci qələbəsini qazanıb və 6 xal toplayıb.

"MY" növbəti oyununu "Nyukasl", "Villa" isə "Kristal Pelas" ilə keçirəcək.

İngiltərə Premyer Liqası. 2-ci tur

"Aston Villa" (Birmingem) – "Mançester Yunayted" (Mançester) – 0:1

Qollar: Yanuzay, 29 (0:1).

Son xəbərlər

Orphus sistemi