"Mançester Yunayted" "Arsenal"a məğlub olub

"Mançester Yunayted" "Arsenal"a məğlub olub Bakı. 10 mart. REPORT.AZ/ Arsenal İngiltərə Premyer Liqasının 30-cu turunun matçında Mançester Yunayted üzərində qələbə qazanıb.
Futbol
10 Mart , 2019 22:49
Mançester Yunayted Arsenala məğlub olub

Bakı. 10 mart. REPORT.AZ/ "Arsenal" İngiltərə Premyer Liqasının 30-cu turunun matçında "Mançester Yunayted" üzərində qələbə qazanıb. 

"Report" xəbər verir ki, Londonun "Emireyts" stadionunda keçirilən görüş meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Meydan sahibləri matçın 12-ci dəqiqəsində Qranit Cakanın dəqiq zərbəsindən sonra, "Mançester Yunayted"in qapıçısının səhvindən yararlanaraq hesabda irəli çıxıblar. "Arsenal" ikinci hissənin 69-cu dəqiqəsində hakimin qonaqların qapısına penalti təyin etməsindən istifadə edərək üstünlüyü ikiqat artırıb. Pyer-Emerik Obameyanq 11 metrlik cərimə zərbəsini səhvsiz yerinə yetirib.

"Mançester Yunayted" matç zamanı bir neçə dəfə hesabı bərabərləşdirmək imkanı qazansa da, qol imkanlarını qaçırıb. 

Qeyd edək ki, bu qələbə sayəsində xallarını 60-a çatdıran "Arsenal" turnir cədvəlində 4-cü pilləyə yüksəlib. 58 xala malik "Mançester Yunayted" isə 5-ci pilləyə enib.

Son xəbərlər

Orphus sistemi