Yuxarı

"Mançester Yunayted" Argentina millisinin qapıçısını transfer edib

Serxio Romero ilə 3 illik müqavilə bağlanılıb

Bakı. 27 iyul. REPORT.AZ/ İngiltərənin "Mançester Yunayted" futbol klubu qapıçı Serxio Romero ilə 3 illik müqavilə bağlayıb. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, İtaliya "Sampdoriya"sı ilə anlaşması başa çatmış 28 yaşlı qolkiperin keçidi havayı başa gəlib.

"Burada olmaqdan tam məmnunam" deyən Romero "mankunianlar"ın hazırkı baş məşqçisi Lui van Qala yaxşı tanışdır. Onlar Hollandiyanın AZ komandasında da birgə çalışıblar. İtaliya mətbuatı argentinalı qapıçının "Mançester Yunayted"dəki əmək haqqının ildə 1,8 milyon avro təşkil edəcəyini yazıb.

Qeyd edək ki, Serxio Romero ilə İspaniyanın "Real Madrid" və "Atletiko", eləcə də İtaliyanın "Roma" və "İnter" klubları da maraqlanıb. O, 2009-cu ildən cəlb olunduğu Argentina millisi ilə 2014-cü il dünya çempionatının gümüş mükafatçısı olub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi