Yuxarı
    Bağlamaq

    "Mançester Yunayted" "Aeroflot"la müqavilənin müddətini uzadıb

    Müqavilə 2023-cü ilədək nəzərdə tutulub

    Bakı. 8 aprel. REPORT.AZ/ Rusiyanın "Aeroflot" aviaşirkəti İngiltərənin "Mançester Yunayted" futbol klubu ilə mövcud müqaviləsinin müddətini uzadıb.

    "Report" xəbər verir ki, bu barədə şirkətin baş direktoru Vitali Savelyev məlumat verib.

    "Biz "Mançester Yunayted"lə yenidən müqavilə imzaladıq. O, beş il müddətinə nəzərdə tutulub. Saziş əvvəlki müqavilənin müddəti başa çatdıqdan sonra qüvvəyə minəcək", – deyə Savelyev bildirib.

    Məsələnin maliyyə tərəfi açıqlanmır, lakin cari müqaviləyə görə "MY" "Aeroflot"dan ilinə təqribən 40 milyon dollar alır.

    Cari mövsümdə "Mançester Yunayted" Premyer-Liqada 29 oyundan sonra 54 xal ilə altıncı yeri tutur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi