"Mançester Yunayted" 0:2 hesabı ilə uduzduğu matçı 90-cı dəqiqədə vurduğu qolla qazanıb

"Mançester Yunayted" 0:2 hesabı ilə uduzduğu matçı 90-cı dəqiqədə vurduğu qolla qazanıb Bakı. 6 oktyabr. REPORT.AZ/ Mançester Yunayted futbol üzrə İngiltərə çempionatının 8-ci turunda öz meydanında qəbul etdiyi Nyukaslı 3:2 hesabı ilə məğlub edib.
Futbol
6 Oktyabr , 2018 22:49
Mançester Yunayted 0:2 hesabı ilə uduzduğu matçı 90-cı dəqiqədə vurduğu qolla qazanıb

Bakı. 6 oktyabr. REPORT.AZ/ "Mançester Yunayted" futbol üzrə İngiltərə çempionatının 8-ci turunda öz meydanında qəbul etdiyi "Nyukasl"ı 3:2 hesabı ilə məğlub edib.

“Report” xəbər verir ki, görüş Mançester şəhərinin "Old Trafford" stadionunda baş tutub.

Qonaqlar oyuna fəal başlayıblar və artıq 10-cu dəqiqədə rəqibin qapısından iki top keçirməyə müvəffəq olublar: Robert Kenedi və Yosinori Muto fərqlənib.

İkinci hissədə mankunianlar matçın gedişatını dəyişə biliblər. Əvvəlcə Xuan Mata və Antoni Marsyal ardarda fərqlənib. Komandanın qələbə topunu isə 90-cı dəqiqədə Aleksis Sançes vurub.

"Mançester Yunayted" bu qələbə sayəsində turnir cədvəlinin 8-ci pilləsinə yüksəlib. "Nyukasl" 19-cu yerdə qalıb.

İngiltərə Premyer Liqası. 8-ci tur

"Mançester Yunayted" – "Nyukasl Yunayted" - 3:2

Qollar: 0:1 – Kenedi – 7, 0:2 – Muto – 10, 1:2 – Mata – 70, 2:2 – Marsyal – 76, 3:2 – Sançes – 90

Son xəbərlər

Orphus sistemi