"Mançester Siti" və "Arsenal" İngiltərə Liqa Kubokunun yarımfinalına çıxıb - VİDEO - YENİLƏNİB

"Mançester Siti" və "Arsenal" İngiltərə Liqa Kubokunun yarımfinalına çıxıb - VİDEO - YENİLƏNİB Komandalar müvafiq olaraq "Vest Hem Yunayted" və "Lester"i turnirdən kənarlaşdırıblar
Futbol
20 Dekabr , 2017 03:50
Mançester Siti və Arsenal İngiltərə Liqa Kubokunun yarımfinalına çıxıb - VİDEO - YENİLƏNİB

Bakı. 20 dekabr. REPORT.AZ/ "Mançester Siti" "Lester Siti" üzərində qələbə qazanaraq futbol üzrə İngiltərə Liqa Kubokunun yarımfinal mərhələsinə çıxıb.

“Report” xəbər verir ki, "Mançester Siti" Bernard Silvanın 26-cı dəqiqədə vurduğu qol sayəsində önə çıxıb.

96-cı dəqiqədə "Lester"in forvardı Ceymi Vardi penaltindən hesabı bərabərləşdirib.

İki əlavə vaxt qalibi müəyyən etməyib.

Penaltilər seriyasında Hosep Qvardiolanın yetirmələri qələbə qazanıb.


***01:58

Londonun "Arsenal" klubu futbol üzrə İngiltərə Liqa Kubokunun ¼ finalında "Vest Hem Yunayted" üzərində qələbə qazanaraq yarımfinala çıxıb.

“Report” xəbər verir ki, görüş 1:0 hesabı ilə "topçular"ın xeyrinə başa çatıb.

Matçda yeganə qolun müəllifi hücumçu Denni Uelbek olub.

Son xəbərlər

Orphus sistemi