Yuxarı

"Mançester Siti" "Uiqan"a uduzaraq İngiltərə Kuboku ilə vidalaşıb - VİDEO

Birinci hissənin sonunda şəhərlilər azlıqda qalıb

Bakı. 20 fevral. REPORT.AZ/ "Mançester Siti" futbol üzrə İngiltərə Kubokunun 1/8 final matçında "Uiqan Atletik"ə məğlub olub.

“Report” xəbər verir ki, Uiqan şəhərinin "DW" stadionunda keçirilən matç 1:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

Birinci hissənin sonunda qonaqlar azlıqda qalıb: Fabian Delf birbaşa qırmızı vərəqə alıb.

"Uiqan" qələbə sayəsində ¼ finala yüksəlib. Komanda burada "Sauthempton" ilə qarşılaşacaq. "Mançester Siti" turniri tərk edib.

İngiltərə Kuboku. 1/8 final

"Uiqan Atletik" – "Mançester Siti" - 1:0

Qol: 1:0 – Qriqq – 79

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi