"Mançester Siti" Qvardiola ilə müqaviləni uzadıb - VİDEO

"Mançester Siti" Qvardiola ilə müqaviləni uzadıb - VİDEO Yeni saziş 2020/21-ci illər mövsümünün sonunadək nəzərdə tutulub
Futbol
17 May , 2018 22:22
Mançester Siti Qvardiola ilə müqaviləni uzadıb - VİDEO

Bakı. 17 may. REPORT.AZ/ "Mançester Siti" baş məşqçi Xosep Qvardiola ilə müqavilənin uzadıldığını elan edib.

“Report” xəbər verir ki, yeni saziş 2020/21-ci illər mövsümünün sonunadək nəzərdə tutulub.

"Mən çox xoşbəxt və razıyam. Burada işləmək xoşdur. Hər gün oyunçularımla işləməkdən zövq alıram, yaxın illərdə biz birlikdə mümkün olan hər şeyi etməyə çalışacağıq", — deyə ispan mütəxəssis müqavilənin uzadılmasından sonra bildirib.

Qvardiola "Mançester Siti"yə 2016-cı ildən rəhbərlik edir. "Şəhərlilər" ötən mövsüm İngiltərə çempionatı və İngiltərə Liqa Kubokunu qazanıblar.

Son xəbərlər

Orphus sistemi