Yuxarı

"Mançester Siti" Qvardiola ilə müqavilə bağladığını açıqlayıb

Anlaşma müddəti 3 illikdir

Bakı. 1 fevral. REPORT.AZ/ Almaniya "Bavariya"sının baş məşqçisi Xosep Qvardiola mövsümün sonunda İngiltərənin "Mançester Siti" futbol komandasının sükanı arxasına keçəcək. "Report"un məlumatına görə, "şəhərlilər" 45 yaşlı mütəxəssislə 3 illik müqavilə bağlanıldığını açıqlayıblar. 

"The Guardian"ın müxbiri Ceymi Ceksonun dərc etdiyi press-relizdə şayiələrə son qoymaq üçün klubun bu təyinatı vaxtından əvvəl bəyan etməyə qərar verdiyi bildirilir. 

Qeyd edək ki, "Mançester Siti" ilk dəfə 2012-ci ildə Xosep Qvardiola ilə əlaqəyə çıxıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi