"Mançester Siti" qapıda dayanan müdafiəçisi ilə zarafat edib

"Mançester Siti" qapıda dayanan müdafiəçisi ilə zarafat edib İngiltərənin “Mançester Siti” komandasının futbolçusu Klaudio Bravo UEFA Çempionlar Liqasında əvəzetmədən meydana daxil olandan sonra qırmızı vərəqə alan ilk qapıçı kimi tarixə düşüb.
Futbol
7 Noyabr , 2019 14:10
Mançester Siti qapıda dayanan müdafiəçisi ilə zarafat edib

İngiltərənin “Mançester Siti” komandasının futbolçusu Klaudio Bravo UEFA Çempionlar Liqasında əvəzetmədən meydana daxil olandan sonra qırmızı vərəqə alan ilk qapıçı kimi tarixə düşüb.

“Report” xəbər verir ki, 36 yaşlı çilili qolkiper “şəhərlilər”in İtaliyada “Atalanta” ilə 1:1 hesablı heç-heçə etdiyi matçda antirekorda imza atıb. O, qarşılaşmanın 46-cı dəqiqəsində zədələnən Edersonun əvəzinə meydana daxil olsa da, 81-ci dəqiqədə qırmızı vərəqə görüb.

Ehtiyatda qapıçı qalmadığından, sonuncu əvəzetmədən meydana çıxan Kayl Uoker “çərçivə”yə keçib və qol buraxmayıb. Oyundan sonra “Mançester Siti”nin mətbuat xidməti rəsmi saytdakı “komanda” bölməsində 29 yaşlı müdafiəçini qapıçı mövqeyinə keçirərək, onunla zarafat edib.

Qeyd edək ki, Türkiyənin “Qalatasaray” komandasını 6:0 hesabı ilə məğlub etdikləri oyunda 3 qol vuran İspaniya “Real Madrid”inin futbolçusu Rodriqo Çempionlar Liqasının tarixində ən erkən dublun müəllifi olub. 18 yaşlı braziliyalı hücumçu 6 dəqiqə 4 saniyə ərzində rəqibi 2 dəfə məyus edib.

Son xəbərlər

Orphus sistemi