"Mançester Siti"nin şikayətinə video-konfrans formatında baxıla bilər

"Mançester Siti"nin şikayətinə video-konfrans formatında baxıla bilər İngiltərənin “Mançester Siti” klubunun rəhbərliyi İdman Arbitraj Məhkəməsinə (CAS) etdiyi şikayətlə bağlı məhkəmə iclasının baş tutacağını gözləyir.
Futbol
3 Aprel , 2020 11:32
Mançester Sitinin şikayətinə video-konfrans formatında baxıla bilər

İngiltərənin “Mançester Siti” klubunun rəhbərliyi İdman Arbitraj Məhkəməsinə (CAS) etdiyi şikayətlə bağlı məhkəmə iclasının baş tutacağını gözləyir.

“Report” “The Athletic”ə istinadən xəbər verir ki, klub toplantının may-iyunda video-konfrans formatında keçiriləcəyinə ümid edir. “Şəhərlilər” problemi qısa müddətdə həll etmək niyyətindədir, lakin klubun müraciəti hələ ki, aprel – iyun aylarında görüləcək işlər siyahısına daxil edilməyib.

Qeyd edək ki, UEFA-nın Klublara Maliyyə Nəzarəti üzrə Arbitraj Palatası fevralın 14-də "Mançester Siti"nin qarşıdakı iki mövsümdə avrokuboklarda iştirakdan kənarlaşdırılmasına qərar verib. Klub bu pozuntulara 2012 - 2016-cı illərdə yol verib. "Şəhərlilər"ə 30 milyon avro məbləğində cərimə kəsilib. CAS klubun apellyasiyasını fevralın 26-da alıb.

Son xəbərlər

Orphus sistemi