"Mançester Siti"nin qapıçısı Ginnesin "Rekordlar" kitabına düşüb

"Mançester Siti"nin qapıçısı Ginnesin "Rekordlar" kitabına düşüb Bakı. 13 may. REPORT.AZ/ Mançester Siti futbol komandasının braziliyalı qapıçısı Ederson Ginnesin Rekordlar kitabına düşüb.
Futbol
13 May , 2018 04:43
Mançester Sitinin qapıçısı Ginnesin Rekordlar kitabına düşüb

Bakı. 13 may. REPORT.AZ/ "Mançester Siti" futbol komandasının braziliyalı qapıçısı Ederson Ginnesin "Rekordlar" kitabına düşüb.

"Report" xəbər verir ki, bu barədə "Sovetskiy sport" məlumat yayıb.

Məlumata görə, qapıçı məşq zamanı topu 75,35 metr məsafəyə atmaqla yeni rekorda imza atıb. Qeyd edilir ki, Ederson belə uzun məsafəli zərbəni üçüncü cəhddə yerinə yetirə bilib.

Daha əvvəl komanda özü İngiltərə premyer liqasında bir çempionatda qələbələrin və xalların sayına görə, həmçinin klub bir mövsümdəki qolların sayına görə rekorda imza atıb. 

Son xəbərlər

Orphus sistemi