"Mançester Siti"nin futbolçusu Çempionlar Liqasında qol vuran ən gənc ingiltərəli kimi tarixə düşüb

"Mançester Siti"nin futbolçusu Çempionlar Liqasında qol vuran ən gənc ingiltərəli kimi tarixə düşüb Mançester Siti klubunun yarımmüdafiəçisi Fil Foden Çempionlar Liqası tarixində fərqlənməyi bacaran ən gənc ingiltərəli futbolçu kimi tarixə düşüb.
Futbol
13 Mart , 2019 12:31
Mançester Sitinin futbolçusu Çempionlar Liqasında qol vuran ən gənc ingiltərəli kimi tarixə düşüb

"Mançester Siti" klubunun yarımmüdafiəçisi Fil Foden Çempionlar Liqası tarixində fərqlənməyi bacaran ən gənc ingiltərəli futbolçu kimi tarixə düşüb. 

"Report"un məlumatına görə, 1/8 final mərhələsinin cavab görüşündə Almaniya "Şalke"sini məyus edən Foden 18 yaş 9 ay 12 günlüyündə fərqlənib. O, komandasının 7:0 hesabı ilə qalib gəldiyi matçın 64-cü dəqiqəsində meydana daxil olub və 78-ci dəqiqədə 6-cı qolu vurub.  

Fodeni təhsil aldığı "Bedes" kolleci "Twitter"də paylaşım edərək təbrik edib. İngiltərəli futbolçu isə bunu şəxsi səhifəsində paylaşıb və bu sözləri yazıb: "Belə bir gecə üçün ev tapşırıqlarımı unutmağa dəyər". 

Gənc oyunçunun komanda yoldaşı Rahim Sterlinq isə maraqlı şərh yazıb: "Sabah sənin dərsin var, ona görə də indi yatmalısan, balaca". 

Qeyd edək ki, "Mançester Siti" "Şalke"ni 7:0 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. 

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi