“Mançester Siti”nin futbolçusu: "Rəcəb Tayyip Ərdoğanla olan şəklimdən siyasi məqsədlər üçün istifadə edənlər oldu"

“Mançester Siti”nin futbolçusu: "Rəcəb Tayyip Ərdoğanla olan şəklimdən siyasi məqsədlər üçün istifadə edənlər oldu" Bakı. 28 avqust. REPORT.AZ/ İngiltərənin “Mançester Siti” klubunun türk əsilli futbolçusu İlkay Gündoğan Almaniya millisindəki karyerasını başa vurmaq niyyətində olmadığını açıqlayıb.
Futbol
28 Avqust , 2018 19:41
“Mançester Siti”nin futbolçusu: Rəcəb Tayyip Ərdoğanla olan şəklimdən siyasi məqsədlər üçün istifadə edənlər oldu

Bakı. 28 avqust. REPORT.AZ/ İngiltərənin “Mançester Siti” klubunun türk əsilli futbolçusu İlkay Gündoğan Almaniya millisindəki karyerasını başa vurmaq niyyətində olmadığını açıqlayıb.

“Report” xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi “Bild”ə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla olan şəklinin siyasi məqsədlərlə istifadə edildiyini də bildirib: “Almaniyadakı bütün həyatım boyu yalnız müsbət şeylər yaşamışam. Amma Ərdoğanla olan şəklimdən siyasi məqsədlər üçün istifadə edənlər oldu. Həmçinin bəziləri rasizmə yol verdilər. Amma mən qaçmaq istəmirəm. Yoahim Löv çağırsa, Almaniya millisində oynamağa davam etmək niyyətindəyəm”.

Qeyd edək ki, İlkay Gündoğanın Mesut Özil və Cenk Tosunla birgə R.T.Ərdoğanla çəkdirdikləri şəkil 2018-ci il dünya çempionatı ərəfəsində Almaniyada qalmaqala səbəb olub. Həmçinin yarış ərəfəsində Bundestimin düşərgəsində əcnəbi kökənli futbolçularla yerlilər arasında qarşıdurma baş verdiyi bildirilir. Almaniya millisi tarixində ilk dəfə Rusiyada təşkil olunan mundialda qrupda qalıb.

Son xəbərlər

Orphus sistemi