"Mançester Siti"nin futbolçusu naməlum şəxslər tərəfindən döyülüb

"Mançester Siti"nin futbolçusu naməlum şəxslər tərəfindən döyülüb Klub hadisə ilə əlaqədar polisə müraciət edib
Futbol
17 Dekabr , 2017 16:59
Mançester Sitinin futbolçusu naməlum şəxslər tərəfindən döyülüb

Bakı. 17 dekabr. REPORT.AZ/ "Mançester Siti" klubu və futbol üzrə İngiltərə yığmasının yarımmüdafiəçisi Rahim Sterlinq ölkə Premyer Liqasının 18-ci turu çərçivəsində "Tottenhem"lə oyun öncəsi hücuma və irqçi təhqirlərə məruz qalıb.

"Report" "The Telegraph"a istinadən xəbər verir ki, Strelinq məşq bazasına gəlib və öz ünvanına təhqiramiz sözlər eşidib.

O, maşından düşərək məsələni aydınlaşdırmaq istəyib, bu zaman onun ayağına zərbə endirilib.

Klub hadisə ilə əlaqədar polisə müraciət edib.

Son xəbərlər

Orphus sistemi