“Mançester Siti”nin futbolçu karyerasını “Qalatasaray”da davam etdirəcək

“Mançester Siti”nin futbolçu karyerasını “Qalatasaray”da davam etdirəcək Ferndado Rejes bu axşam İstanbula gələcək
Futbol
3 Avqust , 2017 17:22
“Mançester Siti”nin futbolçu karyerasını “Qalatasaray”da davam etdirəcək

Bakı. 3 avqust. REPORT.AZ/ İngiltərə təmsilçisi “Mançester Siti”nin futbolçusu Fernando Rejes karyerasını Türkiyənin “Qalatasaray” klubunda davam etdirəcək.

“Report”un “Fanatik”ə istinadən verdiyi məlumata görə, 30 yaşlı yarımmüdafiəçi bu axşam İstanbula gələcək.

Braziliyalı futbolçunun müqaviləyə imza atdıqdan sonra Avstriyada təlim-məşq toplanışında olan “Qalatasaray”ın düşərgəsinə yollanacağı bildirilir.

Qeyd edək ki, F.Rejes 2014-cü ildə 15 milyon avro qarşılığında “Portu”dan “Mançester Siti”yə transfer olunub. O, İngiltərə təmsilçisinin heyətində 64 oyuna çıxıb və 4 qol vurub. 

Son xəbərlər

Orphus sistemi