"Mançester Siti"nin futbolçu Aquero "Uiqan"a məğlubiyyətdən sonra azarkeşi vurub - VİDEO

"Mançester Siti"nin futbolçu Aquero "Uiqan"a məğlubiyyətdən sonra azarkeşi vurub - VİDEO Forvard bu hadisəyə görə diskvalifikasiya oluna bilər
Futbol
20 Fevral , 2018 05:35
Mançester Sitinin futbolçu Aquero Uiqana məğlubiyyətdən sonra azarkeşi vurub - VİDEO

Bakı. 20 fevral. REPORT.AZ/ "Mançester Siti" klubunun futbolçusu Serxio Aquero İngiltərə Kubokunun 1/8 finalında "Uiqan"la oyundan sonra meydana qaçan azarkeşi vurub.

“Report” TASS-a istinadən xəbər verir ki, bazar ertəsi baş tutan görüş "Uiqan"ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Matç başa çatdıqdan sona azarkeşlərdən biri meydana qaçaraq Aqueroya nəsə deməyə başlayıb. Ardınca futbolçu əli ilə onu kobud şəkildə itələyərək vurub. "Uiqan" futbolçuları onları ayırmağa çalışıblar, lakin Aquero yenə azarkeşə yaxınlaşmağa cəhd edib.

Forvard bu hadisəyə görə diskvalifikasiya edilə bilər.

Son xəbərlər

Orphus sistemi