"Mançester Siti" məğlubiyyətsiz oyunlar seriyasını 17-yə çatdırıb - VİDEO

"Mançester Siti" məğlubiyyətsiz oyunlar seriyasını 17-yə çatdırıb - VİDEO Komanda 19-cu turda "Bormunt"u darmadağın edib
Futbol
24 Dekabr , 2017 00:58
Mançester Siti məğlubiyyətsiz oyunlar seriyasını 17-yə çatdırıb - VİDEO

Bakı. 24 dekabr. REPORT.AZ/ "Mançester Siti" İngiltərə Premyer Liqasının 19-cu tur matçında evdə "Bormunt"u darmadağın edib.

Как передает Report, görüş 4:0 hesabı ilə ev sahiblərinin xeyrinə başa çatıb.

"Şəhərlilər" Rahim Sterlinq, Danilo qolları və Serxio Aqueronun dublu sayəsində qələbə qazanıblar.

Bununla da, "Mançester Siti" İngiltərə çempionatında məğlubiyyətsiz oyunlar seriyasını davam etdirib və 17 matç ardarda meydanı məğlub olmadan tərk edib. Hazırda komanda 55 xal ilə turnir cədvəlinin birinci pilləsində qərarlaşıb və ən yaxın izləyicisi "Mançester Yunayted"i 14 xal qabaqlayır.

Paralel keçən oyunlarda "Stok Siti" "Vest Bromviç Albion"u (3:1), "Nyukasl Yunayted" isə "Vest Hem Yunayted"i məğlub edib (3:2), "Suonsi" və "Kristal Plas", həmçinin "Sauthempton" və "Haddersfild Taun" öz oyunlarını 1:1-lik heç-heçə ilə başa vurublar.

Bundan əvvəl isə "Çelsi" "Everton"u məğlub edə bilməyib.

Son xəbərlər

Orphus sistemi