Yuxarı

"Mançester Siti" derbidə "Mançester Yunayted"i yenərək liderliyə yüksəlib - VİDEO

"Mançester Siti" "Mançester Yunayted"ə qalib gəlib

Futbol üzrə İngiltərə Premyer Liqasında XXXI turdan təxirə salınmış "Mançester Yunayted" - "Mançester Siti" görüşü keçirilib.

"Report"un məlumatına görə, "Old Trafford"da təşkil olunmuş derbi qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:0.

İlk yarıda qapılara qol vurulmayıb. Fasilədən sonra "Mançester Siti" oyuna nəzarəti tam əlinə alıb. 54-cü dəqiqədə Bernardu Silva, 66-cı dəqiqədə isə Leroy Sane fərqlənərək, meydan sahiblərini məyus ediblər.

Bu qələbə sayəsində 35 oyundan 89 xal toplayan "Mançester Siti" yenidən liderliyə yüksəlib. "Şəhərlilər" sona 3 tur qalmış ən yaxın izləyicisi "Liverpul"u 1 xal geridə qoyurlar. Çempionluq uğrunda mübarizə məhz bu iki komanda arasında gedir. 

"Tottenhem" 70 xalla 3-cü, "Çelsi" 67 xalla 4-cü, "Arsenal" 66 xalla 5-ci, "Mançester Yunayted" isə 64 xalla 6-cı pillədə yer alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi